SON DƏQİQƏ
» » Avropa Birliyi “AstraZeneca”nı məhkəməyə verdi - SƏBƏB

Avropa Birliyi “AstraZeneca”nı məhkəməyə verdi - SƏBƏB

Tarix:

27-04-2021, 10:57

/ 3 736 dəfə oxundu.
Avropa Birliyi “AstraZeneca”nı məhkəməyə verdi - SƏBƏB

Avropa Birliyi Komissiyası COVID-19 peyvəndinin tədarükü üzrə müqaviləni yerinə yetirmədiyi üçün İngiltərə-İsveç ortaq şirkəti olan "AstraZeneca”nı məhkəməyə verib.

GünAz.az xəbər verir ki, bu barədə "Deutsche Welle” məlumat yayıb.

 

Məlumata əsasən, bu addımı 27 AB ölkəsi yekdilliklə dəstəkləyib.

Qeyd edək ki, cari ilin ilk rübündə "AstraZeneca” Avropa Birliyinə müqavilədə nəzərdə tutulmuş 120 milyon doza əvəzinə cəmi 40 milyon doza peyvənd tədarük edib.

Nəticədə, bir neçə AB ölkəsi peyvənd çatışmazlığı səbəbiylə milli immunizasiya planlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ