SON DƏQİQƏ
» » İki etirazçı özünü İrəvanda hökumət binasının qapısına QANDALLADI

İki etirazçı özünü İrəvanda hökumət binasının qapısına QANDALLADI

Tarix:

22-04-2021, 11:13

/ 3 692 dəfə oxundu.
İki etirazçı özünü İrəvanda hökumət binasının qapısına QANDALLADI

Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz edən iki nəfər özlərini Yerevandakı hökumət binasının qapılarına qandallayıblar.

GünAz.az "RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılardan biri "Azataqrum” ("Azadlıq”) hərəkatını təmsil etdiyini və bu hərəkatın Nikol Paşinyana qarşı çıxdığını deyib.

 

"Onun dərhal istefasını tələb edirik, onun hökumət binasına girməsini istəmirik”, – etirazçı deyib.

Polis etirazçıları saxlayıb.

Bu gün nazirlər kabinetinin binasında hökumət iclası keçiriləcək. Binanın qarşısına polis qüvvələri göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ