SON DƏQİQƏ
» » Arayik təcili Moskvaya - “FSB”də söhbətə çağırıldı?.. - Erməni KİV

Arayik təcili Moskvaya - “FSB”də söhbətə çağırıldı?.. - Erməni KİV

Tarix:

21-04-2021, 20:50

/ 1 840 dəfə oxundu.
Arayik təcili Moskvaya - “FSB”də söhbətə çağırıldı?.. - Erməni KİV

Azərbaycan dövlətinin 6 aydan çoxdur "İnterpol”la aradığı Qarabağın baş separatçısı Arayik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb.

GünAz.az xəbər verir ki,  bu barədə Ermənistanın "Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb.

 

Qəzetin yazdığına görə, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər.

"Hraparak” Xankəndidəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək "Hal-hazırda danışacaq bir sözüm yoxdur” -deyib.  "A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə  Avanesyan belə cavab verib: "Şərhlərə ehtiyac yoxdur…”.

Erməni nəşri hesab edir ki, Moskvada Arayikə Ermənistan baş naziri Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar./Moderator.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ