SON DƏQİQƏ
» » Şoyqu: "NATO-nun Cənubi Qafqazdakı "hərəkətlərinə" cavab olaraq qüvvələr artırılır"

Şoyqu: "NATO-nun Cənubi Qafqazdakı "hərəkətlərinə" cavab olaraq qüvvələr artırılır"

Tarix:

20-04-2021, 21:49

/ 1 427 dəfə oxundu.
Şoyqu: "NATO-nun Cənubi Qafqazdakı "hərəkətlərinə" cavab olaraq qüvvələr artırılır"

"Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artırılır”.

GunAz.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

 

"Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir aprelin 20-də Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: "Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub. Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”. 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ