SON DƏQİQƏ
» » Tiflisdə etiraz: Komendant saatı ləğv edilsin!

Tiflisdə etiraz: Komendant saatı ləğv edilsin!

Tarix:

3-04-2021, 21:24

/ 1 307 dəfə oxundu.
Tiflisdə etiraz: Komendant saatı ləğv edilsin!

Gürcüstanın paytaxtı Tiflisdə koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan komendant saatının ləğvi tələbi ilə aksiya keçirilir.

GunAz.az xəbər verir ki, vətəndaş hərəkatları və bəzi müxalifət partiyalarının üzvləri musiqi sədaları altında Filarmoniyadan parlamentə doğru yürüşə başlayıblar.

Tiflisin mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Yürüş iştirakçıları komendant saatının, eləcə də koronavirusla əlaqədar vətəndaşlara tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.

"Utanc” hərəkatının üzvü Qiqa Makaraşvilinin sözlərinə görə, aksiya iştirakçıları bütün gecəni parlamentin qarşısında qalacaqlar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ