SON DƏQİQƏ
» » Türkiyə TŞ-nin iclası yekunlaşdı: 7 bəndlik bəyanat

Türkiyə TŞ-nin iclası yekunlaşdı: 7 bəndlik bəyanat

Tarix:

30-03-2021, 23:40

/ 1 339 dəfə oxundu.
Türkiyə TŞ-nin iclası yekunlaşdı: 7 bəndlik bəyanat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb.

GunAz.az xəbər verir ki, iclasda Yaxın Şərqdəki əməliyyatlar, Egey və Şərqi Aralıqdakı son vəziyyət, Qarabağ və Kiprdəki mövcud durum müzakirə olunacaq.

***

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası 3 saat davam edib.

İclasdan sonra 7 bəndlik bəyanat yayılıb:

1. İdarə heyətinə PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, milli birlik və həmrəyliyimizə qarşı hər cür təhdid və təhlükələrə qarşı uğurlu əməliyyatlar barədə məlumat verilib.

2. Suriyada ölkənin ərazi bütövlüyü və siyasi birliyini qorumaqla davamlı həll yolunun əldə edilməsinin vacibliyi vurğulanıb. Suriyadakı aktorlara mövcud humanitar böhranı dərinləşdirəcək hərəkətlərə son qoymaq çağırışı edilib.

3. Yunanıstan mehriban qonşuluq münasibətlərinin tələblərini yerinə yetirməyə və beynəlxalq hüquqa hörmət etməyə dəvət edilib.

4. Kipr məsələsində son mərhələ qiymətləndirilib.

5. Liviyada siyasi proseslə bağlı atılan addımlar müsbət qiymətləndirilib. Türkiyənin bu ölkəyə hər cür dəstək verməyə davam edəcəyi vurğulanıb.

6. Şərqi Aralıq dənizində sabit mühitin qurulmasını və davamlılığını təmin edəcək siyasi proseslərin vacibliyi qeyd olunub. Bölgədən kənar ölkələr və beynəlxalq iştirakçıların neytral mövqe sərgiləməsi üçün çağırış edilib.

7. Türkiyə Cümhuriyyətinin 100-cü ilində - 2023-cü ildə Türkiyənin iqtisadi, ictimai, siyasi və hərbi təhlükəsizliyinin ən üst səviyyəyə çatdırılmasında bütün imkanların səfərbər edildiyi vurğulanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ