
Türkiyənin Ərzincan vilayətinin Kəmah rayonunda 4,3 bal gücündə zəlzələ olub.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunamsı Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7,1 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
***
İzmirin Çeşmə ilçəsində də 3,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin yerin 7,85 km dərinliyində meydana gəldiyi deyilib.
Dağıntı və tələfat yoxdur.