SON DƏQİQƏ
» » Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

Tarix:

18-03-2021, 21:34

/ 2 796 dəfə oxundu.
Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.

"Championat” onlayn resursunun məlumatına görə, amerikalı döyüşçü mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.

 

"Dəmir Mayk” rəqibinin kim olacağına aydınlıq gətirməyib.

Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 54 yaşlı Taysonun hesabında 58 peşəkar boks döyüşü var. O, bu döyüşlərdən 50-də qələbə qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ