SON DƏQİQƏ

Ağ Evdə gündəlik COVID-19 testi ləğv olunub

Tarix:

16-03-2021, 22:57

/ 1 298 dəfə oxundu.
Ağ Evdə gündəlik COVID-19 testi ləğv olunub

ABŞ-da Ağ Ev əməkdaşları üzərindən gündəlik koronavirus testləri vermək öhdəliyi götürülüb.

Bu barədə "Axios” portalı məlumat  yayıb.

Məlumata əsasən, artıq sözügedən testin həftədə bir dəfə verilməsi kifayətdir.

 

Bu qərar Ağ Ev əməkdaşlarının bir çoxunun vaksinasiyasının tamamlanması ilə izah olunur.

Bununla yanaşı, prezident sarayının rəsmi təmsilçisi Kevin Munozun sözlərinə görə, virusla bağlı digər məhdudiyyətlər olduğu kimi saxlanılır. Əməkdaşlar əvvəlki kimi, yenə də maska taxmalı və sosial məsafəyə diqqət etməlidirlər.

Qeyd edək ki, Ağ Evdə gündəlik COVID testləri və N95 respirator-maskaların taxılması məcburiyyəti Baydenin prezident seçilməsindən sonra tətbiq olunmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ