SON DƏQİQƏ
» » Almaniya və Fransa “AstraZeneca” vaksinindən isrifadəni dayandırdı

Almaniya və Fransa “AstraZeneca” vaksinindən isrifadəni dayandırdı

Tarix:

15-03-2021, 20:55

/ 1 934 dəfə oxundu.
Almaniya və Fransa “AstraZeneca” vaksinindən isrifadəni dayandırdı

Almaniya ehtiyat tədbiri olaraq, koronavirusa qarşı vaksinasiya prosesində "AstraZeneca” peyvəndindən istifadəni dayandırıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin Paul Erlix institutunun tövsiyyələrinə əsasən bu addımı atdığı bildirilib.

 

Qurumdan verilən açıqlamada qeyd olunur ki, "AstraZeneca” peyvəndinin damarlarda trombların yaranmasına səbəb olması barədə iddialar mövcuddur. Bu baxımdan da vaksinin yan təsirləri barədə əlavə araşdırmaların aparılmasına ehtiyac var.

Fransa prezidenti Emmanuel Makron da ölkəsində Britaniyanın "AstraZeneca” şirkətilə Oksford Universiteti alimlərinin birgə istehsalı olan vaksindən istifadənin dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, bu qərar səhiyyə naziri Olivye Veranın tövsiyəsi əsasında qəbul olunub.

Xatırladaq ki, artıq İslandiya, İrlandiya, İtaliya, Norveç və Niderlandda adıçəkilən vaksindən istifadə dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ