SON DƏQİQƏ
» » Şuşada əsir götürülən Maral Livana qayıtdı

Şuşada əsir götürülən Maral Livana qayıtdı

Tarix:

11-03-2021, 10:52

/ 5 790 dəfə oxundu.
Şuşada əsir götürülən Maral Livana qayıtdı

Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.

Bu barədə erməni deputat Naira Zöhrabyan Feysbuk hesabında yazıb. O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.

"Mediaport" telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ