
Rusiyada Donbasa nizami ordu göndərmək məsələsi müzakirə olunur.
Bunu Donbas separatçılarının keçmiş lideri İqor Strelkov "Komsomolskaya pravda” radiosuna açıqlamasında deyib.
Strelkov bildirib ki, Rusiya Donetsk və Luqanskdakı əraziləri nəzarət altına almalıdır:
"Ukrayna ordusunun hücumunun qarşısını almağın ən yaxşı yolu Rusiyanın qoşunlarını Luqansk-Donetsk ərazisinə yeritməsidir. Və Rusiya yüksək səviyyədə bəyanat verməlidir ki, əgər Ukrayna qoşunları hücuma başlasa, o zaman "respublikaları” müdafiəsi altına alacaq”.