SON DƏQİQƏ
» » Sülhməramlılar 25 minə yaxın partlayıcı maddə aşkarladı

Sülhməramlılar 25 minə yaxın partlayıcı maddə aşkarladı

Tarix:

1-03-2021, 09:50

/ 5 874 dəfə oxundu.
Sülhməramlılar 25 minə yaxın partlayıcı maddə aşkarladı

Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Bildirilib ki, 23 noyabr 2020-ci ildən bəri 1 535 hektar ərazi, 478 km yol, 1 512 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 962 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ