SON DƏQİQƏ
» » 17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan

17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan

Tarix:

17-02-2021, 23:48

/ 1 345 dəfə oxundu.
17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan

Türkiyə 40 ildir separatçı terror təşkilatı ilə mübarizə aparan bir ölkədir. Bu müddətdə terror bataqlığını qurutmağa çalışdıq. Türkiyə üzərində maraqlı olan dairələr 2013-cü ildən bəri PKK-nı yenidən hərəkətə gətirib.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Terror problemini həll etmək üçün bütün riskləri gözə alaraq müxtəlif addımlar atdıq. Millətimizin və ölkəmizin bütövlüyünə göz dikən terror təşkilatı müəyyən dairələrlə birlikdə yenidən hərəkətə keçdi. Cənub sərhədlərimizdə yaradılan terror dəhlizini sındırmaq üçün bir çox əməliyyat apardıq. Bu əməliyyatlar sayəsində Suriya sərhədlərimizin əhəmiyyətli bir hissəsini təhlükəsiz hala gətirdik", - Ərdoğan deyib.

Son 5 ildə 17 min 750 terrorçunu zərərsizləşdirdiklərini söyləyən Ərdoğan heç vaxt boyun əymədiklərini, bundan sonra da təslim olmayacaqlarını bəyan edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ