SON DƏQİQƏ

Ərdoğan COVİD-19-a qarşı peyvənd olunub

Tarix:

14-01-2021, 20:15

/ 5 809 dəfə oxundu.
Ərdoğan COVİD-19-a qarşı peyvənd olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus infeksiyasına qarşı peyvənd olunub.  

GunAz.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, vaksinasiya prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.

Ərdoğan, sosial media "Telegram"dakı yazısında "Mən də aşılandım" ifadələrini istifadə edib.

"Uğurlu peyvənd proqramımızda bu günə qədər 254 min səhiyyə işçisi peyvəndin ilk dozasını qəbul edib. Mən də peyvənd olunaraq onlara qoşuldum. Çox qısa müddətdə bütün vətəndaşlarımızı peyvənd etməyi hədəfləyirik. Uğurlar", - deyə Türkiyə lideri əlavə edib.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca koronavirusa qarşı peyvəndin iki mərhələdə tətbiq olunduğunu bildirərək ikinci peyvəndin 28 gün sonra vurulacaqğını deyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ