
Türkiyənin növbəti "Türksat 5A" peyki orbitə buraxılacaq.
GunAz.az xəbər verir ki, peyk bu gün yerli vaxtla 06:14 radələrində kosmosa Amerika kosmik nəqliyyat şirkəti Space X tərəfindən göndəriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peykin orbitə buraxılması ilə bağlı rəsmi "Twitter" səhifəsində paylaşım edib.
Türksat 5A kosmosdan bizə ilk salamını inşallah sabah verəcək. Xeyirli-uğurlu olsun”, - Ərdoğan öz paylaşımında belə yazıb.