SON DƏQİQƏ

Trampın sosial şəbəkə hesabları bloklandı

Tarix:

7-01-2021, 21:10

/ 1 369 dəfə oxundu.
Trampın sosial şəbəkə hesabları bloklandı

Tvitter, Feysbuk və İnstaqram sosial şəbəkələri ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesablarını bloklayıb.

GunAz.az xəbər verir ki, bu barədə İnstaqram rəhbəri Adam Mosseri və Feysbukun mətbuat xidməti məlumat yayıb.

Trampın Feysbuk səhifəsinin qaydaları pozduğu üçün 24 saat, Tvitter hesabının isə 12 saat müddətinə bloklandığı bildirilib. Bu isə o deməkdir ki, Ağ Ev rəhbəri sözügedən sosial şəbəkələrdə bu müddət ərzində paylaşım edə bilməyəcək.

Qeyd edək ki, ötən gün Konqres binasına daxil olan Tramp tərəfdarları ilə polis arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı 4 nəfər həlak olub.

Trampın bu olayları dəstəkləyən paylaşımlar etdiyi bildirilir.

***

Feysbuk təsisçisi Mark Zukerberq Ağ Ev rəhbəri Donald Trampın sosial şəbəkə hesablarının müddətsiz olaraq bloklanacağını bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ