SON DƏQİQƏ
» » Bu şəxslərə güzəştli ipoteka krediti verilsin - Paşayeva

Bu şəxslərə güzəştli ipoteka krediti verilsin - Paşayeva

Tarix:

24-12-2020, 21:12

/ 1 343 dəfə oxundu.
Bu şəxslərə güzəştli ipoteka krediti verilsin - Paşayeva

Büdcə layihəsində bir sıra əməli fəaliyyət sahələrinə, o cümlədən dövlət mədəniyyət siyasəti, mədəni irsin qorunması üzrə nəzərdə tutulan vəsaitlər məqsədəuyğundur. Buna görə büdcə layihəsinə səs verəcəyəm.

GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu gün parlamentdəki çıxışında deyib.

O bildirib ki, başa çatmaqda olan 2020-ci ilin bütün problemlərinə baxmayaraq, Azərbaycan tarixinə zəfər ili kimi düşüb:

"Ali Baş Komandan başda olmaqla, Ordumuzu, bütün xalqımızı təbrik edirəm. Hərbi xərclərin artırılmasını, Ordumuzun gücləndirilməsi, işğaldan azad edilmiş torpalarda infrastrukturun bərpası ilə bağlı yetərincə vəsaitin nəzərdə tutulmasını alqışlayıram”.

Cənab Prezidentin dünən bir daha işğaldan azad edilmiş bölgələrə səfər etdiyini məmnuniyyətlə vurğulayan Q.Paşayeva, dövlət başçısının da dediyi kimi, vəhşi düşməndən azad edilmiş torpaqlarımızda bütün digər dağıntılar kimi, abidələrin, ibadətgahların, muzeylərin də viran edildiyini, bir hissəsininsə - məsələn, qıpçaq-alban kilsələrinin "erməniləşdirdiyi”ni bildirib. Ona görə də 2021-ci il büdcəsində mədəniyyət abidələrinin bərpası, o cümlədən işğalın nəticələrinin dünyaya tanıdılması məqsədi ilə filmlərin çəkilməsi üçün vəsaitin nəzərdə tutulmasını təqdir edib.

Komitə sədri, həmçinin mədəniyyətə uzun müddət xidmət edən sənətkarların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin nəzərdə tutulmasını təklif edib.

Q.Paşayeva Tovuz rayon, Göytəpə qədim yaşayış məskəni ilə bağlı 2021-ci il büdcəsində xərclərin qeyd edildiyinə görə də hökumətə öz təşəkkürlərini bildirib.

Ucqar kəndlərdə onlayn təhsillə bağlı müəyyən problemlərin qaldığını, daha dəqiqi, bir çox kəndlərdə internet xətlərinin olmadığını xatırladan Komitə sədri bu planda da vəsaitlərin nəzərdə tutulmasını təklif edib.

Eyni zamanda, tələbə yataqxanalarının tikintisi mövzusuna toxunan Q.Paşayeva bu işdə qardaş Türkiyənin təcrübəsinin öyrənilə biləcəyini deyib. Belə ki, qardaş ölkədə bu işə özəl sektor da cəlb edilib və bunun yaxşı nəticələri olub.

Sonda bir daha Vətən Müharibəsi mövzusuna toxunan Paşayeva şəhidlərimizin, qazilərimizin gerçək qəhrəmanlıqları haqqında sənədli filmlər çəkilməsi, kitablar yazılması və belə əsərlərin xaricdə və ölkə içində geniş təqdimatlarının keçirlməsini məqsədəuyğun sayıb. Bu işin ideoloji mahiyyətinə vurğu edən Q.Paşayeva yeni filmlərin nümayişini gənc nəslin təlim-tərbiyəsi baxımından çox önəmli hesab edib.


скачать dle 12.1

Şərhlər