SON DƏQİQƏ
» » Siyasi partiya sədri ilk dəfə bu yolla seçiləcək

Siyasi partiya sədri ilk dəfə bu yolla seçiləcək

Tarix:

22-12-2020, 08:22

/ 3 415 dəfə oxundu.
Siyasi partiya sədri ilk dəfə bu yolla seçiləcək

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçiləcək.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstanın Vahid Milli Hərəkat Partiyası məlumat yayıb.

Məlumata əsasən, səsverməyə dekabrın 21-də start verilib və proses dekabrın 25-i saat 21:00-dək davam edəcək.

Bildirilir ki, 4 gün davam edəcək onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak edə biləcəklər.

Gürcüstanda partiya sədrinin elektron səsvermə yolu ilə seçilməsi ilk dəfədir və bu metod səsvermədə şəffaflığın təmin olunması, hesabatlılığın və vətəndaş iştirakının artırılması məqsədi daşıyır.

Partiyanın sədri vəzifəsinə iki nəfər – Nika Meliya və Levan Varşalomidzenin namizədliyi irəli sürülüb.Axar.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ