SON DƏQİQƏ
» » Spitak zəlzələsinin ildönümü: nə qədər erməni öldü?

Spitak zəlzələsinin ildönümü: nə qədər erməni öldü?

Tarix:

7-12-2020, 12:56

/ 4 799 dəfə oxundu.
Spitak zəlzələsinin ildönümü: nə qədər erməni öldü?

Bu gün 1988-ci ildə Ermənistanda, episentri Spitaka düşən zəlzələnin ildönümüdür.

Zəlzələ Spitakda 10 bal, Gümrüdə 9 bal, Vanadzorda 8 bal, İrəvanda isə 5-6 bal olub.

Zəlzələ nəticəsində 25 mindən çox insan ölüb, 140 min insan əlil olub, 500 nəfər evsiz qalıb.

Bu zəlzələ Ermənistanın sənaye potensialının 40 faizini sıradan çıxarıb, ümumilikdə 13 milyard rubl (1988-ci ilin rus rublu) ziyan dəyib.

Qeyd edək ki, zəlzələdən zərərçəkənlərə yardım üçün Azərbaycandan göndərilən heyəti aparan təyyarə müəmmalı şəkildə qəzaya uğramış və xilasedicilərin böyük əksəriyyəti ölmüşdü. Azərbaycanın göndərdiyi yardım təyyarəsinin ermənilər tərəfindən qəsdən vurulduğu haqda ciddi sübutlar var.

Bu zəlzələ Ermənistanda öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların doğma yurdlarından qovulduğu günlərə təsadüf edirdi.

Ermənistandan bu ərəfədə 256 min azərbaycanlı qovuldu.

Zəlzələ qurbanlarını tapmaq üçün Fransadan gətirilən itlər isə ağzı qaynaqlanmış böyük borular aşkarladılar. Məlum oldu ki, bu boruların içində onlarla azərbaycanlı diri-diri yığılıb və ağzı qaynaqlanaraq, dəhşətli əzabla öldürülüb. Borunun içində çıxarılan 30-dan çox meyitin arasında uşaqlar da vardı.

Bu hadisəni ört-basdır etmək üçün Ermənistan hakimiyyəti zəlzələ bölgəsində fəaliyyət göstərən fransızları ərazidən çıxartmışdı. Ancaq fakt artıq dünya mediasına yayılmışdı.

Həmin vaxt ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər hələ də tam olaraq araşdırılmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ