SON DƏQİQƏ

Türk ordusu 80 PKK-çını MƏHV EDİB

Tarix:

23-11-2020, 08:39

/ 220 dəfə oxundu.
Türk ordusu 80 PKK-çını MƏHV EDİB

Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdiriblər.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. YPG-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) dörd silahlısı isə "Sülh çeşməsi" əməliyyatı zonasına girməyə çalışarkən zərərsizləşdirilib", - deyə məlumatda bildirilib.

Ölkənin Milli Müdafiə Nazirliyi daha sonra məlumat verir ki, Türkiyə ordusu son bir ay ərzində terrorçulara qarşı 31 əməliyyat keçirib.

Bu  əməliyyatlar nəticəsində bir ay ərzində 80 terrorçu məhv edilib.


скачать dle 12.1

Şərhlər