SON DƏQİQƏ
» » Ərdoğandan korona peyvəndi ilə bağlı açıqlama

Ərdoğandan korona peyvəndi ilə bağlı açıqlama

Tarix:

13-11-2020, 20:48

/ 5 871 dəfə oxundu.
Ərdoğandan korona peyvəndi ilə bağlı açıqlama

COVİD-19 peyvəndinin hazırlanması istiqamətində Almaniya, Rusiya və İngiltərə ilə birgə işlərimiz davam edir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Tekirdağ vilayətində istifadəyə verilən yeni xəstəxana binasının açılış mərasimindəki çıxışı zamanı bildirib.

Pandemiya dövründə dünyanın qabaqcıl dövlətləri də daxil olmaqla, hər ölkənin potensialının ortaya çıxdığını deyən Prezident Ərdoğan bildirib:

"Pandemiya maddi cəhətdən zəngin görünən ölkələrin nə xəstəxana imkanlarının, nə də səhiyyə sistemlərinin belə bir yükü daşımağa yetərli olmadığını ortaya çıxardı. Türkiyədə isə bu dövr ərzində bir neçə müasir xəstəxana binası istifadəyə verilib. Hamımız çox yaxşı bilirik ki, mübarizə hələ bitməyib. Son həftələrdə dünyada xəstə və ölüm saylarının artması kədərli həqiqətdir. Vaksin və dərman tapılana qədər mübarizəni davam etdirməliyik”.

скачать dle 12.1

Şərhlər