SON DƏQİQƏ

Tutuquşu sahibinin həyatını belə xilas etdi

Tarix:

7-11-2020, 10:10

/ 2 719 dəfə oxundu.
Tutuquşu sahibinin həyatını belə xilas etdi

Avstraliyanın Kvinslend ştatında tutuquşu sahibini diri-diri yanmaqdan xilas edib.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, Anton Nquyen yuxudan tutuquşunun onun adını çağırmasına oyanıb və ətrafının tüstü içində olduğunu görüb.

"Eriki (tutuquşunun adıdır) götürüb qapını açdım. Gördüm ki, evin arxa hissəsi alov içindədir. Çantamı götürərək qaçdım", - deyə gənc bildirib.

Bina tamamilə alovlara bürünsə də, fövqəladə xidmət yanğının qonşu binalara yayılmasının qarşısını ala bilib. Hadisənin səbəbləri araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ