SON DƏQİQƏ
» » İzmir zəlzələsi Azərbaycana təsir edə bilər? – Açıqlama

İzmir zəlzələsi Azərbaycana təsir edə bilər? – Açıqlama

Tarix:

5-11-2020, 11:33

/ 3 882 dəfə oxundu.
İzmir zəlzələsi Azərbaycana təsir edə bilər? – Açıqlama

Bir neçə gün öncə Türkiyənin İzmir şəhərində baş verən və 100-dən artıq insanın tələfatına səbəb olan dəhşətli zəlzələdən sonra Azərbaycanın bəzi bölgələrində də yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır, ardıcıl olaraq Azərbaycanda baş verən bu zəlzələlərin İzmirdəki zəlzələ ilə bağlı hansısa bir əlaqəsi varmı?

Məsələ ilə bağlı açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, İzmirdəki zəlzələnin təsirindən ölkəmizdə də zəlzələ baş verməsi həm məsafə, həm də yerin geoloji tektonik quruluşu baxımından mümkün deyil:

"Hər gün zəlzələ baş verir. Bu gün 27 təkan qeydə alınıb. Dünən isə bundan bir az fərqlənirdi. Yerin daxili geodinamik prosesləri hər zaman olur. Bunun belə olması qanunauyğundur. Sakitlik yoxdur və həmişə yerin daxili dinamikası - bloklararası dərinlik qırılmalar, tektonik qırılmalarla bağlı hərəkətlər var. Türkiyənin İzmir şəhərində baş verən zəlzələnin təsirindən isə bizdə zəlzələ olması mümkün deyil. Həm məsafə, həm də geoloji tektonik quruluşu etibarı ilə bu, mümkün deyil. Türkiyə ilə Azərbaycan dərinlik qırılmaları tam fərqli olan regionlardır”.

Qeyd edək ki, noyabarın 3-də Xəzərdə 4.6 bal, noyabrın 4-də isə İmişlidə 4 bal gücündə zəlzələ baş verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ