SON DƏQİQƏ
» » Qarabağ məsələsi yenə də BMT Təhlükəsizlik Şurasında- MÜZAKİRƏ

Qarabağ məsələsi yenə də BMT Təhlükəsizlik Şurasında- MÜZAKİRƏ

Tarix:

20-10-2020, 08:16

/ 5 459 dəfə oxundu.
Qarabağ məsələsi yenə də BMT Təhlükəsizlik Şurasında- MÜZAKİRƏ

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

GunAz.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı keçirilən qapalı iclasın yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

"Hazırda icranı (atəşkəs rejiminin icrasını - red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir”, - deyə o bildirib.

"Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxış edib”, - V.Nebenzya əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil:

"Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: "Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ