SON DƏQİQƏ
» » Lukaşenko Tixanovskayanın həyatını xilas etməsi və ona pul verməsindən danışdı

Lukaşenko Tixanovskayanın həyatını xilas etməsi və ona pul verməsindən danışdı

Tarix:

10-10-2020, 08:32

/ 1 351 dəfə oxundu.
Lukaşenko Tixanovskayanın həyatını xilas etməsi və ona pul verməsindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanı xilas etdiyini, lakin onun bütün bunları unutduğunu açıqlayıb.

Bu barədə REN TV məlumat yayıb.

 

A.Lukaşenko qeyd edib ki, S.Tixanovskaya etirazçıların qurbanına çevrilə bilərdi. Belə ki, müxaliflər sonradan hakimiyyəti ittiham etmək üçün S.Tixanovskayanın qərargahını yandırmaq niyyətində olublar.

Onun sözlərinə görə, S.Tixanovskaya özü ölkədən getmək üçün xahiş edib və hətta ona pulu olmadığı üçün 15 min dollar da verilib. Keçmiş namizəd buna görə çox minnətdar olub və göz yaşlarını saxlaya bilməyib. Daha sonra isə onu xüsusi xidmət orqanları nəzarətə götürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ