
İstanbulun rəmzlərindən biri olan tarixi Qalata qülləsi uzun zaman davam edən təmir işlərindən sonra oktyabrın 6-da yenidən ziyarətə açılıb.
GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, açılış münasibətilə xüsusi lazer effektləri ilə işıqlandırılan qüllə möhtəşəm görkəm alıb.
Tarixi abidənin açılışı münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki onlayn konsert təşkil olunub.