SON DƏQİQƏ
» » Eyfel qülləsi Neymarın şərəfinə işıqlandırılıb

Eyfel qülləsi Neymarın şərəfinə işıqlandırılıb

Tarix:

6-08-2017, 16:51

/ 5 005 dəfə oxundu.
Eyfel qülləsi Neymarın şərəfinə işıqlandırılıb

Eyfel qülləsi İspaniyanın "Barselona" klubundan rekord məbləğdə "PSJ"yə transfer olunan braziliyalı futbolçu Neymarın şərəfinə işıqlandırılıb.
GUNAZ.az AZƏRTAC-a istinadən bildirir ki, klubun rəngləri ilə işıqlandırılan qüllənin gövdəsində fransız, ingilis və portuqal dillərində "Xoş gəldin, Neymar, bura Parisdir" yazısı nümayiş etdirilib. İlk dəfə bir futbolçu üçün atılan bu addım klub rəhbərliyi tərəfindən təklif olunub. İşıq şousu turistlərin marağına səbəb olub.
Paris təmsilçisinin 222 milyon avroya transfer etdiyi "sambaçı" üçün hazırlanan 10 min forma ilk gündən satışa çıxarılıb və altı saat içində hamısı satılıb. İyirmi beş yaşlı ulduz futbolçunun klubdakı formasına rekord sayda tələbatın olduğu bildirilir.

 

 

скачать dle 12.1

Şərhlər