SON DƏQİQƏ
» » Baş nazir koronaya görə 3-cü dəfə özünü təcrid etdi

Baş nazir koronaya görə 3-cü dəfə özünü təcrid etdi

Tarix:

10-09-2020, 23:31

/ 1 341 dəfə oxundu.
Baş nazir koronaya görə 3-cü dəfə özünü təcrid etdi

Finlandiyanın baş naziri Sanna Marin özünü təcrid edib, çünki mobil proqram onun koronavirusa yoluxa biləcəyini göstərib.

GunAz.az xəbər verir ki, Finlandiyanın Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir ki, Marində "xəstəliyin heç bir əlaməti yoxdur və o özünü yaxşı hiss edir".

Sentyabrın 1-də Finlandiyada COVID-19-un yayılmasının izlənilməsi üzrə istifadəyə verilən mobil proqram 34 yaşlı baş nazirin koronavirusa yoluxa bilməsi ehtimalını göstərib, çünki o, infeksiyanın təsdiqləndiyi insanla ünsiyyətdə olub.

Marin koronavirus analizi verəcək.

Yerli KİV xatırladır ki, bu, artıq birinci dəfə deyil ki, siyasətçi məsafəli işə keçir. Marin əvvəlcə apreldə, sonra isə avqustun sonunda özünü təcrid edib. Ancaq hər iki dəfə onda koronavirusa yoluxma təsdiqlənməyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ