SON DƏQİQƏ
» » Çində minlərlə insana COVID-19 peyvəndi vuruldu - İlin sonunda...

Çində minlərlə insana COVID-19 peyvəndi vuruldu - İlin sonunda...

Tarix:

8-09-2020, 15:47

/ 4 776 dəfə oxundu.
Çində minlərlə insana COVID-19 peyvəndi vuruldu - İlin sonunda...

Çinin "Sinovac Biotech" dərman şirkəti 3 min işçi və onların ailə üzvlərinə COVID-19 peyvəndi vurdurub.

Bu barədə şirkətin mətbuat katibi Pieçenq Liu bildirib.

Onun sözlərinə görə, könüllülük prinsipi əsasında 3 min nəfərə peyvənd təklif edilib və onların hamısı qəbul olunub. Mətbuat katibi "CoronaVac" adlı peyvəndin kliniki sınaq mərhələsinin hələ də davam etdiyini xatırladıb.

Şirkətin baş katibi Veidonq Yin isə istehsal etdikləri peyvəndin qlobal bazara daxil olmasının son test mərhələsindən əldə ediləcək nəticələrdən asılı olduğunu söyləyib.

Peyvəndin təsdiq olunması ilin sonuna proqnozlaşdırılır. Qiyməti ilə bağlı isə hər hansı məlumat yoxdur.

скачать dle 12.1

Şərhlər