SON DƏQİQƏ

Suriya erməniləri Ermənistandan gedir

Tarix:

8-09-2020, 08:00

/ 2 733 dəfə oxundu.
Suriya erməniləri Ermənistandan gedir

Ermənistanda gözəl yaşayış şərtləri vədlərinə aldanan suriyalı ermənilər buraya gəldikdən sonra fərqli mənzərə ilə rastlaşıblar: yüksək kirayə pulu, aşağı səviyyəli gəlir və yerli ermənilərin yalançı simaları.

Axar.az"İpress.am”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Avetik İşxanyan Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə taksidə səfəri zamanı sürücü ilə həmsöhbət olub. Daha sonra isə sürücünün Suriya ermənisi olduğu məlum olub. Ermənistandaki yaşayışlarından şikayət edən taksi sürücüsü tezliklə Ermənistanı tərk etmək istədiyini bildirib:

"Artıq neçənci dəfədir ki, Suriya erməniləri ilə söhbət zamanı şikayət etdiklərinə şahid oluram. Şikayətlər əsasən işsizliklə, az əmək haqqı və dövlət dəstəyinin olmaması ilə bağlıdır. Məgər hökumət qısa müddətlik də olsa, onların yaşayış şəraitini yaxşılaşdıra bilməzmi?! Suriya ermənilərinin tezliklə ölkədən gedəcəklərini düşünürəm”, - İşxanyan qeyd edib.


скачать dle 12.1

Şərhlər