SON DƏQİQƏ

İranda hərbçilər kəndliləri atəşə tutdu

Tarix:

27-08-2020, 23:23

/ 1 347 dəfə oxundu.
İranda hərbçilər kəndliləri atəşə tutdu

İran hərbi qüvvələri Xuzistanda yerləşən kəndlərdən birinin sakinlərinə qarşı atəş açıb.

GunAz.az xəbər verir ki, bu barədə Əhvaz İnsan Haqları Təşkilatı məlumat yayıb.

Əhvaz şəhərinin Əbülfəz kəndinin sakinlərindən bəziləri xəsarət alıblar.

Bildirilib ki, "Müstəzafan” Fondu kəndlilərə torpaqların bu quruma aid olduğunu iddia edərək ələ keçirmək istəyir. Buna görə də kənd sakinləri etiraz aksiyası keçirib. Lakin əraziyə gələn İran hərbi qüvvələri onlara qırma güllələrdən atəş açıb, bir neçə kəndlini də həbs edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ