ABŞ Dövlət katibi Mayk Pompeo avqustun 24-də İsrailə, ertəsi gün isə BƏƏ-yə səfər edəcək.
GunAz.az xəbər verir ki, bu məlumatı "Röyters" yayıb.
Səfər zamanı danışıqların mövzusu yəhudi dövləti ilə BƏƏ arasında münasibətlərin normallaşdırılması olacaq. Bundan əlavə, tərəflər Hindistan və Çini də müzakirə edəcəklər.