SON DƏQİQƏ
» » Putin TŞ-nı topladı: Belarusdakı vəziyyət…

Putin TŞ-nı topladı: Belarusdakı vəziyyət…

Tarix:

21-08-2020, 21:10

/ 1 291 dəfə oxundu.
Putin TŞ-nı topladı: Belarusdakı vəziyyət…

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Belarusiyadakı vəziyyəti və strateji sabitliyə dair Rusiya-Amerika məsləhətləşmələrinin nəticələrini müzakirə edib.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

"Prezident Vladimir Putin TŞ üzvlərinə Belarusda bu həftə baş verən vəziyyəti və bir sıra liderlərlə apardığı telefon danışıqları barədə ətraflı məlumat verdi.

Müzakirələr zamanı Belarusa kənar müdaxilənin qəbuledilməzliyi və Belarusun bütün problemlərinin bu ölkənin rəhbərliyi tərəfindən vətəndaşları ilə dialoq yolu ilə həll edilməsinin zəruriliyi vurğulandı", - Peskov bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ