SON DƏQİQƏ

Türkiyə generalları Bakıya yola düşdü

Tarix:

12-08-2020, 20:40

/ 4 687 dəfə oxundu.
Türkiyə generalları Bakıya yola düşdü

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

***

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıya yola düşüb.

Nazirlə bərabər Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər də ölkəmizə səfərə gəlir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ