SON DƏQİQƏ
» » Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...

Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...

Tarix:

22-07-2020, 15:10

/ 4 701 dəfə oxundu.
Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xarici siyasət kursunda hücum diplomatiyasına keçir. Prezident İlham Əliyevin xarici işlər nazirini dəyişdirməsi və dedikləri məntiqlidir. Çünki həqiqətən də Minsk qrupu münaqişənin nizama salınmasında mövud status-kvoya etiraz etmir. Bakının da münaqişənin həlli ilə bağlı iki yolu var: ya sülh, ya da müharibə”.

Bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Markov qeyd edib ki, 1990-cı illərin əvvəlində Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycandan güclü idi: "Sovet ordusundan qalma böyük miqdarda silahı var idi və müharibədə Yaxın Şərqdən gələn döyüşçülərdən istifadə etdi. Bunun hesabına da Dağlıq Qarabağı və ətraf 7 rayonu zəbt etdi. Lakin indi vəziyyət başqadır. Güc balansı əhəmiyətli dərəcədə Azərbaycanın xeyrinədir, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələridir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu misilsiz dərəcədə artıb. Lakin münaqişənin sülh yolu ilə həllini davam etdirmək əvvəlki kimi həmsədrlərin vasitəçiliyinə söykənməkdir. Həmsədrlər də bildirir ki, münaqişə tərəfləri öz aralarında güzəştə nail olmalıdır və heç vaxt Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana təsir etmirlər. Təbii ki, bu, Azərbaycana yox, Ermənistana sərf edir. Buna görə də Bakı daha aktiv hərəkət etmək və Ermənistana təzyiqi qlobal ölçüdə artırmaq qərarına gəldi”.

Rusiyalı politoloqun fikrincə, Azərbaycan Minsk qrupunun formatını dəyişdirməyi təklif edə bilər.

"Məsələn, Fransanın yerinə Türkiyəni daxil etmək. Minsk qrupunda aktivliyi təkcə Rusiya göstərir. Rusiyanın təşəbbüsü ilə "Kazan düsturu” hazırlanıb, ABŞ və Fransa bunu daha passiv dəstəklədi. Bu həll variantı var, amma reallaşmır. Buna görə də Azərbaycan haqlı olaraq münaqişənin həllində irəliləyişin olmasını tələb edir. Faktiki olaraq, Bakı mesaj verir ki, əgər Minsk qrupu nəsə etməsə, başqa variantların tətbiq edilməsi zərurəti yaranacaq. Bu da hərbi variantdır. Lakin bu variant heç kimə sərf etmir, sadəcə olaraq, Azərbaycan beynəlxalq təşkilatların işini aktivləşdirməyə çalışır və onlara göstərir ki, münaqişə dondurulmayıb”, - Markov qeyd edib.


скачать dle 12.1

Şərhlər