SON DƏQİQƏ
» » Lavrov Polad Bülbüloğlu və Toqanyan ilə görüşdü - RƏSMİ

Lavrov Polad Bülbüloğlu və Toqanyan ilə görüşdü - RƏSMİ

Tarix:

21-07-2020, 18:41

/ 5 173 dəfə oxundu.
Lavrov Polad Bülbüloğlu və Toqanyan ilə görüşdü - RƏSMİ

Rusiya Xarici İşlər naziri bu gün Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri ilə görüşüb.

Görüş barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lavrov Ermənistan və Azərbaycanın səfirləri - Vardan Toganyan və Polad Bülbüloğlu ilə görüşdə Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin intensivləşməsini müzakirə edib.

"Görüş zamanı Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdirilməsi ilə bağlı məsələlər, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ tənzimlənməsi səylərinin gücləndirilməsi perspektivləri müzakirə edilib", - məlumatda bildirilir.


скачать dle 12.1

Şərhlər