SON DƏQİQƏ

Rusiya elan etdi: İlk vaksini biz hazırladıq

Tarix:

21-07-2020, 09:43

/ 3 140 dəfə oxundu.
Rusiya elan etdi: İlk vaksini biz hazırladıq

Yeni növ koronavirus infeksiyasına qarşı Rusiyada ilk vaksin hazırdır.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Salikov açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, vaksinin kliniki sınaqlarının nəticələri üzərində nazirliyin və milli tədqiqat mərkəzinin mütəxəssisləri son dəyərləndirmə aparıblar: "Xəstəxanadan buraxılarkən immunitet qazanmış könüllülərdə heç bir problem aşkarlanmayıb və onlar özlərini normal hiss ediblər. Beləliklə, koronavirusa qarşı ilk yerli vaksinimiz hazırdır".

Qeyd edək ki, dünən Rusiya hərbi idarəsi koronavirusa qarşı vaksinin sınaqlarına cəlb edilmiş könüllülərin evə buraxıldığını bəyan etmişdi.

Bundan əvvəl Seçenov adına univeritetin nəzdində dərman prepatlarının klinik tədqiqatı mərkəzinin rəhbəri Yelana Smolyarçuk bildirmişdi ki, vaksinin təsiri 3 həftə ərzində maksimum həddə çatır.

Könüllülərə vaksin bu il iyunun 18-də vurulmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ