SON DƏQİQƏ

Zakir Həsənovdan Şoyquya mühüm zəng

Tarix:

18-07-2020, 14:21

/ 4 587 dəfə oxundu.
Zakir Həsənovdan Şoyquya mühüm zəng

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı baş tutub.

Bu məlumatı "RİA Novosti” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, görüş Bakının təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı qarşılıqlı münasibətlər və hərbi əməkdaşlığa dair fərqli məsələlər müzakirə edilib.

Şoyqu Həsənovu Rusiyada başlayan döyüş hazırlığının yoxlanılması barədə məlumatlandırıb. O, bu yoxlamaların Azərbaycan-Ermənistan sərhədindəki situasiya ilə bağlı olmadığını söyləyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ