SON DƏQİQƏ
» » Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu şəxslər...

Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu şəxslər...

Tarix:

23-06-2020, 09:48

/ 3 158 dəfə oxundu.
Həcc ziyarəti ilə bağlı qərar verildi - Yalnız bu şəxslər...

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müsəlmanların müqəddəs Həcc ziyarəti ilə əlaqədar qərarı açıqlayıb.

Krallığın müasir tarixində ilk dəfə olaraq ziyarət çox məhdud sayda və Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək. Xarici ölkələrdən Həcc ziyarətinə gələnlər olmayacaq.

Nazirliyin bəyanatında bildirilir: "Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə gələn milyonlarla müsəlmana xidmət etməkdən qürur duyur, hər il onların təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir. Biz qüdrətli Allaha dua edirik ki, ölkələrimizi pandemiyadan qorusun”.

Səudiyyə Ərəbistanında 161 min nəfərin COVID-19-a yoluxması və 1300-dən çox insanın vəfat etməsi qərarın verilməsinə təsirini göstərib. Lakin çox məhdud sayda zəvvarın sayı açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər