SON DƏQİQƏ
» » Ermənistanı aksiyalar bürüdü-252 FƏAL SAXLANILDI

Ermənistanı aksiyalar bürüdü-252 FƏAL SAXLANILDI

Tarix:

15-06-2020, 08:12

/ 2 863 dəfə oxundu.
Ermənistanı aksiyalar bürüdü-252 FƏAL SAXLANILDI

Ermənistanda müxalif parlament fraksiyası "Çiçəklənən Ermənistan"ın lideri, biznesmen Qarik Tsarukyanın dindirilməsinin keçirildiyi Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiya keçirilib.
GunAz.az-ın verdiyi məlumata görə, aksiyada iştirak edən 252 fəal polislər tərəfindən saxlanılıb. Onların saxlanılmasına səbəb fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir.
Bildirilir ki, Q.Tsarukyan təxminən 9 saat Milli Təhlükəsizlik Xidmətinin binasında dindirildikdən sonra jurnalistlərə ona qarşı siyasi təqibin aparıldığını deyib.
Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Q.Tsarukyanın biznesində qeyri-qanuni hallarının aşkarlandığını bildirmişdi.
İyunun əvvəli müxalif parlament fraksiyasının lideri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gəlmədiyini və istefaya getməli olduğunu demişdi.
скачать dle 12.1

Şərhlər