SON DƏQİQƏ
» » Təyyarə olayına görə İranda 6 nəfər həbs edildi

Təyyarə olayına görə İranda 6 nəfər həbs edildi

Tarix:

9-06-2020, 23:18

/ 1 238 dəfə oxundu.
Təyyarə olayına görə İranda 6 nəfər həbs edildi

Ukraynaya məxsus sərnişin təyyarəsinin raketlə vurulmasına görə 6 nəfər həbs edilib ki, onlardan 3-ü girov müqabilində azadlığa buraxılıb. Digər 3 nəfəri isə cəzaçəkmə müəssisəsindədir.
GunAz.az xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib. O bildirib ki, cari il yanvarın 8-də Tehran səmasında yanlışlıqla vurulan sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödənilib. Hadisə ilə bağlı araşdırma davam edir və təqsiri sübuta yetirilən istənilən adam vəzifəsindən asılı olmayaraq cəzalanacaq.
Mahmud Musəvi Məcidinin edam hökmünə məruz qalması haqqında açıqlama verən Q.İsmaili bildirib ki, bu adamın casusluq etməsi sübuta yetirilib. O, general Qasım Süleymaninin Bağdad aeroportunda olması barədə məlumatı düşmənlərə ötürüb və buna görə İran qanunlarına əsasən məhkəmə onun barəsində edam cəzası qərarını verib. Məhkəmənin qərarı yaxın günlərdə icra olunacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ