SON DƏQİQƏ

Nyu-Yorkda komendant saatı elan edildi

Tarix:

2-06-2020, 08:26

/ 2 658 dəfə oxundu.
Nyu-Yorkda komendant saatı elan edildi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində də etiraz aksiyaları səbəbindən komendant saatı elan edilib.
GunAz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhərin qubernatorunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komendan saatı bu gün ABŞ vaxtı ilə 23:00-dan sabah saat 05:00-dək davam edəcək.
Xatırladaq ki, Minnesota ştatında afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-ın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
скачать dle 12.1

Şərhlər