SON DƏQİQƏ
» » ABŞ-da polislər etirazçılar önündə diz çökdü

ABŞ-da polislər etirazçılar önündə diz çökdü

Tarix:

1-06-2020, 23:58

/ 1 294 dəfə oxundu.
ABŞ-da polislər etirazçılar önündə diz çökdü

Afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlərdə etirazçılarla polis arasında maraqlı anlar yaşanıb.
GunAz.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, ağdərili polis tərəfindən zorakılıqla öldürülən Corc Floyd üçün ədalət tələb edən fəallar və Oklahoma şəhər polisi qarşılıqlı olaraq həmrəylik nümayiş etdirərək diz çöküblər. Tərəflər bir-birinə dəstək olduqlarını bildiriblər. Görüntülər sosial mediada izləmə rekordu qırıb.
Xatırladaq ki, 46 yaşlı Corc Floyd Minneapolisdə Derek Çauvin adlı polis məmuru tərəfindən dələduzluqda şübhəli bilinərək tutulub və uzun müddət "nəfəs ala bilmirəm" deyə yalvarmasına baxmayaraq zorakılıqla öldürülüb. Görüntülər ölkədəki qaradərili insanlara qarşı polis zorakılığını təzahür etdirib və bir çox şəhərdə, ilk növbədə Minneapolisdə etirazlara səbəb olub.
скачать dle 12.1

Şərhlər