
Türkiyəli tanınmış aparıcı Acun İlıcalı İnstaqram vasitəsilə dünya üzrə canlı yayım rekordunu qırıb.
Bu gün Acun İlıcalı rəhbəri və aparıcısı olduğu "Survivor" yarışmasında özünün İnstaqram səhifəsindən açdığı canlı yayımını 3 milyondan artıq insan izləyib. Bu isə dünya rekordu deməkdir.
Bu günə qədər İnstaqramda ən çox canlı yayım izlənməsi 2 milyon olub.