Çin öz vətəndaşlarını yeni növ koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrə səfər etməməyə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik həm Çində, həm də xarici ölkələrdə yaşayan vətəndaşlarına sərhəd-keçid məntəqələrində virusa yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, başqa dövlətlərə səyahətdən çəkinməyi tövsiyə edib.