SON DƏQİQƏ

Koronavirusla bağlı son rəqəmlər

Tarix:

16-03-2020, 15:38

/ 2 116 dəfə oxundu.
Koronavirusla bağlı son rəqəmlər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı 15 mart tarixinə olan məlumatı təqdim edib. 

Məlumatda deyilir ki, son 24 saat ərzində Afrikada yeddi, Avropada bir, Amerika regionunda bir yeni ölkədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Bildirilir ki, dünyada 153 517 yoluxma halı var ki, onun 10 982-si yenidir.

 

COVID-19-dan 5735 ölüm halı gerçəkləşib ki, onun 343-ü yeni qeydə alınıb.

Çində 81 048 yoluxma halı qeydə alınıb ki, bunun 27-si yenidir. Çində 3204 ölüm halı olub ki, bunun 10-u yeni qeydə alınıb.

Çinin xaricində 72 469 yoluxma halı olub ki, bunun 10 955-i dünən olub.

2531 ölüm halının 333-ü yenidir.

Ümumilikdə, koronavirus 143 ölkə və əraziyə yayılıb ki, onun doqquzu yenidir. 

ÜST risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ