SON DƏQİQƏ
» » Putin 2024-də namizəd ola biləcək - Maneə qaldırılır

Putin 2024-də namizəd ola biləcək - Maneə qaldırılır

Tarix:

14-03-2020, 21:02

/ 1 188 dəfə oxundu.
Putin 2024-də namizəd ola biləcək - Maneə qaldırılır

Rusiya Prezidenti Vladimir Putin ölkə Konstitusiyasında dəyişikliklərin edilməsi barədə qanunu imzalayıb.

Gun.Az.az xəbər verir ki, qanun vətəndaşların sosial güvənclərinin təminatı, parlamentin səlahiyyətləri, federal bölgələrin ayrılmasını qadağan etmə və rus dilinin statusuna dair Konstitusiya dəyişikliklərini özündə əks etdirir.

Dəyişikliklər eyni zamanda hazırkı dövlət başçısının 2024-cü ildə seçkilərə qatılmasının önünü açır.

Bundan sonra qanun Konstitusiya Məhkəməsinə göndəriləcək. Konstitusiya Məhkəməsi bu dəyişikliklərin Konstitusiyaya uyğun olması qərarını verərsə, bundan sonra Prezident referendumun vaxtını təyin edəcək.

Refendumun 22 aprelə təyin ediləcəyi gözlənilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ