SON DƏQİQƏ
» » Bu ölkənin prezidenti koronavirusa yoluxdu - Donald Tramp da qorxu içindədir

Bu ölkənin prezidenti koronavirusa yoluxdu - Donald Tramp da qorxu içindədir

Tarix:

13-03-2020, 19:57

/ 3 918 dəfə oxundu.
Bu ölkənin prezidenti koronavirusa yoluxdu - Donald Tramp da qorxu içindədir

Braziliya Prezidenti Jair Bolsonaruda koronavirus infeksiyası olan COVID-19-a yoluxma qeydə alınıb.

Beləliklə, Çində meydana gələn və Azərbaycan da daxil olmaqla dünyanın 110 ölkəsində yayılan koronavirus təhlükəsi səngimək bilmir.

KONKRET.az "Haber7.com”-a istinadən xəbər verir ki, dünya səviyyəsində bu virus səbəbilə həyatını itirənlərin sayı 5 mini keçib. Hətta nazir səviyyəsində virusa yoluxma halının qeydə alınması insanları əməlli-başlı qorxuya salıb. Xəstəliyə yoluxub sağalanların sayı isə 70 mini (70737 nəfər) ötüb.

İranın Baş Qərərgahından bildirilib ki, virusla mübarizə səbəbindən bütün ticarət obyektləri, küçə və prospektlər boşaldılıb. Bu arada İslam Respublikasında virus səbəbindən həyatını itirənlərin sayı 85 nəfər artaraq 514-ə yüksəlib. Məşhəd şəhərinin meri Məhəmməd Rza Kelayi və baş prokuroru Məhəmməd Hüseyn Durudidə də yeni növ Koronavirus aşkar edilib. "Reuters” –in xəbərinə görə, İranın  dini lideri Ayətullah Əli Xameneinin sözçüsü  Əli Əkbər Vilayətinin analizlərinin cavabı da müsbət çıxıb. Prezident Həsən Ruhaninin müavinləri İshaq Cahangiri və Məsumə Ebtekar da virusdan müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Çexiya hökuməti isə 16 mart tarixindən etibarən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.

Rumıniyanın baş naziri Ludovic Orban isə rəhbərlik etdiyi Liberal Partiyasınnın üzvünün Koronavirusa yoluxması səbəbindən özünü karantinə alıb.

Virus Bolqarıstanda da 13 aprel tarixinə qədər fövqəladə halın elan edilməsini zərurətə çevirib. Ölkə Parlamenti bununla bağlı qərar qəbul edib.  Küveytdə isə  cümə namazları ləğv olunub.

Bu arada Fələstin hökuməti ölkədə daha 4 nəfərin Koronavirusa yoluxduğunu açıqlayıb. Bununla da ölkədə bu virusa yoluxanların sayı 35-ə çatıb. Kiprin Yunanıstan hissəsində 14, Şimali Kipr türk Cümhuriyyətində isə 5 nəfərin koronavirusa yoluxduğu öz təsdiqini tapıb.

Əlcəzair prezidenti, isə virusa görə, ölkədəki məktəb və universitetlərin bağlanması qərarını verib.

Qazaxıstan Səhiyyə Nazirliyi isə ölkəyə Almaniyadan gələn iki nəfərdə koronavirus infeksiyası aşkarlandığını açıqlayıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca isə açıqlamasında bir nəfərin Koronavirusa yoluxduğunu təsdiqləyib. Eyni zamanda virusun yayılmasının qarşısını almaq üçün bütün lazımı tədbirlərin həyata keçirildiyini dilə gətirib.

Almaniya və  Bavariyada virus səbəbindən  bütün məktəb və uşaq bağçaları bağlanıb. Fransada ölənlərin sayı isə 61-ə çatıb.

Virus qorxusu isə ən çox ABŞ Prezidenti Donald Trampın canına hopub. Buna səbəb isə onun görüşdüyü şəxslərdə koronavirusun aşkar edilməsidir. Belə ki, ötən həftə Braziliyanın dövlət başçısı ilə görüşən Trampa, nümayəndə heyətinin tərkibində yer alan Fabio vajnqartenin Koronavirusa yoluxduğu xəbəri çatdırılıb. Senator Lindsey  Qrehem isə özünü karantinə aldığını açıqlayıb.  Avstraliyanın daxili işlər naziri Piter Duttonun da virusa yoluxduğu təsdiqlənib.

İspaniyanın dövlət İdarəçiliyi və regional siyasət naziri Karolina Dariasın da analizlərinin cavabı müsbət çıxıb. Özünü karantinə alan Kanadanın baş naziri Castin Trudeaunun həyat yoldaşı  Sofiya Qrequar Trudeauda da virus (Kovid-19 ) aşkar olunub.

Uzaq şərqdə – Yaponiyada koronavirus səbəbilə ölənlərin sayı 26 – ya yüksəlib. Rusiyada isə daha 8 nəfərin virusa yoluxması ilə ümumi say 36-ya çatıb. İtaliyada koronavirus nəticəsində  həyatını itirənlərin sayı isə 1016 nəfərə çatıb.

Hindistanın Karnataka ştatının Kalburgi bölgəsində isə 76 yaşlı bir kişinin Koronavirusdan həyatını itirdiyi açıqlanıb. Səudiyyə Ərəbistanında isə yoluxanların sayı 62 – yə çatıb.

Argentina prezidenti Alberto Manuel  isə yeni tip koronavirusa  (Kovid-19) qarşı mübarizə tədbirləri çərçivəsində Avropa ölkələri, ABŞ, Cənubi Koreya, Yaponiya, Çin və İran kimi virusdan əziyyət çəkən ölkələrlə aviareysləri 30 gün müddətinə təxirə salıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ