SON DƏQİQƏ

ABŞ-a İsraildən şok: Dəmir Qübbə...

Tarix:

7-03-2020, 21:05

/ 986 dəfə oxundu.
ABŞ-a İsraildən şok: Dəmir Qübbə...

ABŞ-ın İsraildən satın aldığı Dəmir Qübbə müdafiə sistemlərində bəzi problemlər ortaya çıxıb.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı "Star" yayıb. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi İsraildən Dəmir Qübbə müdafiə sisteminin daha iki batareyasını satın almaq üçün 1 milyard dollar xərcləməyi planlaşdırırmış. Lakin ötən il aparılan sınaqlarda sistemlərin Döyüş Komandanlığı Sisteminə daxil edilməsinə mane olan bəzi problemlər ortaya çıxıb.

Sistemlərin inteqrasiyası barədə danışan ABŞ Silahlı Qüvvələr Komandanlığının rəhbəri general Mayk Murray da açıqlamasında Dəmir Qübbə ilə bağlı bəzi problemlər yaşandığını təsdiqləyib:

"Biz qarşılıqlı əlaqə yaratdıq və kiber-problemlər də daxil olmaqla, bəzi çətinliklərlə üzləşdik. Bunlara əsaslanaraq hava hücumundan müdafiə sistemlərini öz sistemlərimizə inteqrasiya edə biləcəyimizə inanırıq".

Adının açıqlanmasını istəməyən mənbə "Tayms of İsrail"ə açıqlamasında bildirib ki, ABŞ ordusunun əsas problemi Dəmir Qübbənin proqram təminatıdır. Belə ki, qurğunun Pentaqonun istifadə etdiyi sistemlərə uyğun olması üçün yenidən proqramlaşdırmaq mümkün olmur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ